Qurbanqulu Berdiməhəmmədov: Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdik
sizinxeber.az xəbər saytı

Qurbanqulu Berdiməhəmmədov: Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdik


İkitərəfli əməkdaşlığın əsas istiqaməti nəqliyyat sektorudur. Biz “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəldik. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdik.

APA xəbər verir ki, bunu Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış zamanı deyib.

"Çoxtərəfli dialoq çərçivəsində humanitar əlaqələri gücləndirmək barədə razılığa gəldik. Xüsusən, təhsil, elm, idman, səhiyyə, incəsənət, xalçaçılıq və digər sahələrdə yüksək potensial mövcuddur. Bu sahələrdə yaxşı əməkdaşlıq təcrübəmiz var. Ümumiyyətlə, bu görüş üçtərəfli əlaqələri gücləndirmək üçün bizə yeni imkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün çox çalışmalıyıq", - bildirib.

Oxşar xəbərlər

Əli Əsədov Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyevlə üçtərəfli görüş keçirib
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirilib - YENİLƏNİB
Azərbaycan, Türkmənistan və Özbəkistan prezidentləri birgə bəyanatla çıxış edirlər
Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB-1 - FOTO
Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər