“EU Reporter”: İlham Əliyev - Cənubi Qafqazda sülhün memarı
sizinxeber.az xəbər saytı

“EU Reporter”: İlham Əliyev - Cənubi Qafqazda sülhün memarı


Azərbaycan Prezidenti İlham Əliyev həm daxili, həm də xarici siyasətdə dünya liderinə çevrilir. O, öz adını təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın və ətraf regionun tarixinə yazdırıb.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq jurnalist və Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə ekspert Derya Soysalın “EU Reporter” üçün yazdığı məqalədə deyilir.

D.Soysal qeyd edir ki, İlham Əliyev prezident kimi fəaliyyətə başladığı andan etibarən özünü Azərbaycanı sabitlik, rifah və beynəlxalq səviyyədə tanınma dövrünə aparan uzaqgörən lider kimi təsdiqləyib. Bununla belə, o, məhz 2020-ci il Qarabağ müharibəsindəki qələbədən sonra öz adını tarixə qızıl hərflərlə yazdırıb. O vaxtdan bəri İlham Əliyev regionun tarixini dəyişən lider adlandırılır.

Onun sözlərinə görə, "Böyük Qayıdış" proqramı prezidentin azad edilmiş əraziləri bərpa etmək əzmini əks etdirir. Müasir infrastruktur, hava limanları, yollar və elektrik stansiyaları tikilir – bütün bunlar uzun müddət işğal altında olmuş regionlar üçün ümidverici gələcəyin rəmzləridir.

D.Soysal qeyd edib ki, Qarabağın qaytarılması təkcə hərbi qələbə deyildi, bu, həm də Azərbaycana qarşı dezinformasiya yayan bütöv bir lobbiçilər şəbəkəsi üzərində qazanılmış qələbə idi.

Müəllif həmçinin xatırladıb ki, məhz Azərbaycan Prezidenti torpaqların işğaldan tam azad edilməsindən dərhal sonra Ermənistanla sülh və münasibətlərin normallaşdırılması üçün yol xəritəsi təklif edib.

"Son beş ildə sülh prosesi yavaş-yavaş, bəzi uğursuzluqlar və fasilələrlə olsa da, məhz Azərbaycanın təklif etdiyi yol xəritəsi ilə irəliləyib. İlham Əliyev Ermənistan üzərində əhəmiyyətli üstünlüyə malik olsa da və Cənubi Qafqazın gücü kimi çıxış etsə də, regionda sabitliyin təmin edilməsi üçün sülhü ilk təklif edən məhz o olub", - D.Soysal bildirib.

Jurnalist qeyd edir ki, iyirmi il ərzində İlham Əliyev Azərbaycanı beynəlxalq arenada hörmət qazanan, dinamik iqtisadiyyata və müasir orduya malik regional gücə çevirib. "Onun liderliyi dözümlülüyü, strateji baxışı və milli suverenliyə sadiqliyi təcəssüm etdirir. Azərbaycan xalqı tarixi reallığa çevirməyi bacaran prezidentin rəhbərliyi altında gələcəyə inamla baxa bilər", - müəllif vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda davam sülhün təmini üçün səylərini davam etdirəcək
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir
Prezident İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
BMT-nin icraçı direktoru: Bu gün beynəlxalq dünyada İlham Əliyev kimi lider çox azdır
Prezident İlham Əliyev: Cənubi Qafqaz sabit məkan olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər