Səfir: Azərbaycan Ermənistanla sülh sazişindən sonra ABŞ ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Səfir: Azərbaycan Ermənistanla sülh sazişindən sonra ABŞ ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir


Azərbaycan avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdə Ermənistanla əldə edilmiş razılaşmalardan sonra ABŞ ilə təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim “Axios” portalına bildirib.

Onun sözlərinə görə, Azərbaycan işçi qrupları yaratmağı və ABŞ ilə bütün istiqamətlərdə: iqtisadiyyat, energetika, müdafiə, siyasət, təhsil, texnologiya və süni intellekt sahələrində əlaqələri inkişaf etdirməyi planlaşdırır.

"Gəlin yeni səhifə açaq. Birlikdə işləyək, təkcə Ermənistan-Azərbaycan xətti ilə deyil, həm də Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafında", - diplomat bildirib.

X.İbrahim sülh prosesini irəli apardığı üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edib, onun 101 % Nobel Sülh mükafatına layiq olduğunu vurğulayıb. "Çox qısa müddətdə - təxminən altı ay ərzində o, başqalarının 30 ildən çox müddətdə edə bilmədiyini bacardı", - səfir qeyd edib.

O, martda Azərbaycana səfər etmiş Ağ Evin xüsusi elçisi Stiv Uitkoffun rolunu xüsusi vurğulayıb.

"İstənilən danışıqlarda, xüsusilə çox mürəkkəb sülh danışıqlarında qüdrətli dünya liderinin güclü siyasi iradəsinin olması son dərəcə vacibdir. Bu dəfə biz məhz bunu əldə etdik", - X.İbrahim əlavə edib.

Oxşar xəbərlər

Ağ Ev Azərbaycanın ABŞ-dəki səfirinin müsahibəsini paylaşıb
Xəzər İbrahim: Bakı İrəvanla sülhə hazırdır, lakin irəli sürülən şərtlər yerinə yetirilməlidir
Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü: Dəstəkləyənlər arasında İlham Əliyev də var
İrəvan öhdəliklərini yerinə yetirməlidir - PA rəsmisi
Qazaxıstan səfiri Vaşinqtonda əldə olunan razılaşmalarla bağlı Azərbaycanı təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər