Ağ Ev Azərbaycanın ABŞ-dəki səfirinin müsahibəsini paylaşıb
sizinxeber.az xəbər saytı

Ağ Ev Azərbaycanın ABŞ-dəki səfirinin müsahibəsini paylaşıb


Ağ Evin mətbuat katibi Kerolayn Livitt Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin ölkənin aparıcı media orqanlarından biri olan "The Washington Examiner" jurnalına verdiyi geniş müsahibəni "X" sosial şəbəkəsində paylaşıb.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bu gün nəşr olunan müsahibə “Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı "əsl sülhməramlı" adlandırıb” başlığı ilə yayımlanıb.

Səfir jurnalist Bredi Noksa verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmada həlledici rol oynadığını bildirib və onu “həqiqi sülh qurucusu” adlandırıb.

Diplomat 8 avqustda imzalanan tarixi sənəd barədə ətraflı məlumat verib. O qeyd edib ki, artıq xarici işlər nazirləri tərəfindən ilkin təsdiqlənən sənəd gələcəkdə imzalanacaq müqavilənin əsasını qoyur.

Razılaşmaya əsasən, ABŞ nəzarətində yaradılacaq dəhliz həm Ermənistan və Azərbaycan üçün yeni inkişaf imkanları açacaq, həm də Azərbaycanla strateji tərəfdaşı Türkiyə arasında birbaşa ticarət əlaqələrinə yol açacaq.

X.İbrahim müsahibəsində Tramp administrasiyasının bölgəyə sülh və inkişaf gətirmək əzmində olduğunu xüsusi vurğulayıb: “Prezident Tramp həqiqi liderdir, sülh qurucusudur. Ona görə biz inandıq ki, yalnız bölgəmizdə deyil, bütün dünyada daha çox sülh və tərəqqi olacaq. Nəticəni də gördük”, – səfir qeyd edib.

Oxşar xəbərlər

Ağ Evin sözçüsü Azərbaycanın ABŞ-dakı səfirinin müsahibəsini paylaşıb
Tokayev: Bakı ilə İrəvan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir
Kipr XİN: Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi saziş imzalayıblar
İrakli Kobaxidze: Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq
Tokayev Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi nailiyyət hesab edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər