Paşinyan: Vaşinqton razılaşmaları nəticəsində Ermənistan təcrid vəziyyətindən çıxır
sizinxeber.az xəbər saytı

Paşinyan: Vaşinqton razılaşmaları nəticəsində Ermənistan təcrid vəziyyətindən çıxır


Vaşinqton razılaşmaları nəticəsində Ermənistan 30 ildən artıq davam edən blokadadan sonra təcrid vəziyyətindən çıxır. Bu, bir müddət əvvəl qeyri-mümkün hesab edilən nəticədir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan lideri xalqa müraciətində bildirib.

“Ermənistanla Azərbaycan arasında yollar açılır. Bu o deməkdir ki, nəqliyyat kommunikasiyalarının bərpası və tikintisi sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və razılaşdırılması prosesləri ilə müşayiət olunmalıdır”, - siyasətçi deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır.

“Bu, ilk növbədə həll edilməli olan məsələdir. Bu, bizim üçün yeni narahatlıqlar yaradırmı? Qətiyyən yox. Çünki Vaşinqton Bəyannaməsinin üçüncü bəndində qarşılıqlılıq prinsipi təsbit olunub və bu, Azərbaycan Respublikasının da Ermənistan Respublikası ilə eyni qaydalarla hərəkət edəcəyinə zəmanətdir”, - o vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
Qazaxın 4 kəndi qaytarıldı – Şad Xəbər
Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər