Milli Məclis və Ukrayna Ali Radasının sədrləri arasında telefon danışığı olub
sizinxeber.az xəbər saytı

Milli Məclis və Ukrayna Ali Radasının sədrləri arasında telefon danışığı olub


Milli Məclisin sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk arasında telefon danışığı baş tutub.

Bu barədə Sizinxeber.az-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Telefon danışığı zamanı iki ölkə parlamenti arasında əməkdaşlıq məsələləri müzakirə edilib, əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Söhbətdə Azərbaycan-Ukrayna münasibətlərinin hərtərəfli inkişafı fonunda parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi yolları nəzərdən keçirilib, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə, spiker Sahibə Qafarova Ruslan Stefançuku Azərbaycan Respublikasına səfərə dəvət edib.

Telefon danışığı zamanı parlamentlərarası əlaqələrin birgə səylərlə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.

Oxşar xəbərlər

Sahibə Qafarova TBMM-in sədrini təbrik edib
Sahibə Qafarova Numan Kurtulmuşu yenidən TBMM sədri seçilməsi münasibətilə təbrik edib
Sahibə Qafarova Çin səfiri ilə görüşüb
Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri telefonla danışıb, əməkdaşlıq müzakirə olunub
Milli Məclis və Parlamentlərarası İttifaq arasında əməkdaşlıq dərinləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər