Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.
XİN-dən Sizinxeber.az-ya verilən məlumata görə, Ukraynanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Tərəflər Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfinin Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinə görə təşəkkür edib.
Nazir Andrey Sıbiha həmçinin Rusiya-Ukrayna münaqişəsi ətrafında aparılan danışıq prosesi barədə məlumat verib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Andrey Sibiqa Ukraynaya göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
Ceyhun Bayramovla Qazaxıstanın XİN rəhbəri arasında telefon danışığı aparılıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefon danışığı aparıb
Ceyhun Bayramovla BƏƏ-li həmkarı arasında telefon danışığı olub
Ceyhun Bayramov və BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












