Əziz Ələkbərli: İcma qərbi azərbaycanlıların öz yurdlarına dönməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək
“Möhtərəm cənab Prezidentin Ermənistanın baş naziri ilə Vaşinqtonda imzaladığı Birgə bəyannamə dövlətlərarası münasibətləri tənzimləyən bir sənəddir. İcmanın fəaliyyəti isə beynəlxalq konvensiyalarda təsbit olunmuş insan hüquqlarının, qayıdış hüququnun təmin edilməsinə yönəlmiş ictimai fəaliyyətdir. Bu mənada, İcmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur”.
Bunu Sizinxeber.az-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli “Bu il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini irəli aparan Birgə bəyannamə imzalayıblar. İki ölkə arasında sülh sazişi paraflanıb. Bu günlərdə bəzi internet resurslarında belə bir xəbər yayılıb ki, guya bundan sonra Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirməyəcək. Bununla bağlı nə deyə bilərsiniz” sualına cavabında deyib.
“Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir. İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb. Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq.
Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesini alqışlayır və bu istiqamətdə cənab Prezidentin səylərini dəstəkləyir. Ümid edirik ki, sülh gündəliyinin irəliləməsi biz qərbi azərbaycanlıların dinc yolla öz yurdlarımıza dönməsinə şərait yaradacaq. Qərbi Azərbaycan İcması bu sahədə fəaliyyətini bundan sonra da davam etdirəcək”, - deyə İcma rəhbəri vurğulayıb.
Oxşar xəbərlər
Prezidentin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədləri kimi yayılıb
Qərbi Azərbaycan İcması birmənalı dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
Azərbaycanın və Ermənistanın XİN başçıları ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu: Paşinyanın Qərbi Azərbaycan və “Qərbi Ermənistan” arasında paralel aparmaq cəhdi qəbuledilməzdir
Təşəbbüs Qrupu: Paşinyanın Qərbi Azərbaycan və “Qərbi Ermənistan” arasında paralel aparmaq cəhdi qəbuledilməzdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












