Elin Süleymanov: Bakı və İrəvan arasında sülh yalnız Tramp dövründə əldə edilə bilərdi
sizinxeber.az xəbər saytı

Elin Süleymanov: Bakı və İrəvan arasında sülh yalnız Tramp dövründə əldə edilə bilərdi


Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda tarixi saziş imzalayıblar, belə bir hadisə yalnız Donald Trampın administrasiyası dövründə baş verə bilərdi, çünki o, ideoloji məqsədlər güdmür və sülhməramlı və danışıqçı kimi fəaliyyət göstərir.

"Sizinxeber.az"un məlumatına görə, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniya nəşri "GB News"ə müsahibəsində bildirib.

"Mənə elə gəlir ki, Tramp səmimi şəkildə münaqişələri sona çatdırmağa çalışır. Əslində, o, sülhməramlı və sövdələşmə mütəxəssisidir və bu, başqalarının istədiyindən çox fərqlənir", - deyə E.Süleymanov bildirib.

Diplomatın sözlərinə görə, Cənubi Qafqazda vəziyyətin nizamlanmasında vasitəçi kimi çıxış etməyə çalışan Ağ Evin bütün keçmiş liderləri Azərbaycan və Ermənistan arasındakı münaqişənin başa çatmasını əsas məqsəd kimi qoymayıblar. Onlardan fərqli olaraq, Tramp komandasının yanaşması real nəticəyə yönəlib.

E.Süleymanov qeyd edib ki, hazırkı razılaşmalar Tramp və onun komandasının hələ birinci administrasiya dövründən əməl etdiyi sxemi izləyir.

Səfir vurğulayıb ki, Tramp öz sülhməramlı təşəbbüslərində bütün ölkənin maraqlarından çıxış edir, ayrıca öz administrasiyasının maraqlarından yox.

"Sülhdən Birləşmiş Ştatlar qazanır, konkret administrasiya yox, hansısa xüsusi qruplar yox. ABŞ bir ölkə kimi, böyük oyunçu kimi, əslində sülhdən qazanır, çünki bu, pozitiv enerji gətirir və tərəfdaşlıq münasibətlərinin qurulmasına kömək edir", - deyə o bildirib.

Diplomat həmçinin əlavə edib ki, regionda sülh və təhlükəsizlik məsələlərində ABŞ və Azərbaycanın maraqları üst-üstə düşür.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb və Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi parafladılar.

Oxşar xəbərlər

Elin Süleymanov: İrəvanla sülh sazişi Bakının təkliflərinə əsaslanır
Elin Süleymanov "The Guardian"da Azərbaycanla bağlı məqaləyə cavab verib
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Temmi Bryus: Bakı - İrəvan razılaşmaları Cənubi Qafqazın potensialını üzə çıxaracaq
Dövlət Departamenti: Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər