Rusiya, Ermənistan və Azərbaycanın nəqliyyat üzrə üçtərəfli görüş formatı müzakirə olunacaq
Azərbaycan, Rusiya və Ermənistanın nəqliyyat üzrə üçtərəfli görüşünün formatı müzakirə olunacaq.
APA xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
"Hələlik müzakirə edəcəyik. Çünki əgər söhbət dəmir yollarının bərpasından, regionda nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasından gedirsə, onda üçtərəfli danışıqlar aparmaq daha uyğundur", - deyə o bildirib.
Qeyd edək ki, A. Overçuk bu gün verdiyi açıqlamalarında daha bir neçə məsələyə toxunub.
O, gələn həftə Ermənistana səfər edəcəyini, gələn həftə Rusiyada Azərbaycan nümayəndə heyəti ilə danışıqlar aparacağını, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfərinin gözlənildiyini, habelə "Tramp marşrutu"nun yaradılması məsələsində Rusiyanın Ermənistanı dəstəklədiyini bildirib.
Oxşar xəbərlər
Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək
Gələn həftə Azərbaycanla Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcək
Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək
Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfəri gözlənilir
Rusiya XİN: Üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb












