Donald Tramp Zəngəzur dəhlizinin qarantı rolunda çıxış edir - RƏY
ABŞ Prezidenti Donald Tramp Zəngəzur dəhlizinin (Tramp marşrutu) qarantı rolunda çıxış edir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ötən həftə Vaşinqtonda keçirilmiş üçtərəfli görüş yalnız Azərbaycan deyil, bütövlükdə region üçün tarixi əhəmiyyətə malikdir:
“Azərbaycan-ABŞ münasibətləri siyasi və strateji əməkdaşlıqla yanaşı, enerji, ticarət və tranzit məsələlərinin daxil olduğu regional kommunikasiya, süni intellekt və rəqəmsal infrastrukturun yer aldığı iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. Görüş çərçivəsində yaradılması razılaşdırılan Strateji İşçi Qrupu regional kommunikasiyalar üzrə infrastrukturun təkmilləşdirilməsi və enerji sahəsində sərmayələrin artırılması, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq”.
Deputatın fikrincə, ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq:
"Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı məqsədlərə nail olunmasına təkan verəcək. Bu kontekstdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Amerika texnologiyasının və sərmayəsinin ölkəmizə axınının başlayacağını, ABŞ-nin buradakı iqtisadi fəallığının artacağını söyləməyə əsas verir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi təsbit olunub. Bu, Zəngəzur dəhlizinin reallaşması deməkdir. Vaşinqtonda həmçinin Zəngəzur dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında müvafiq sazişin imzalanması Prezident Trampın Zəngəzur dəhlizinin qarantı rolunda çıxış etdiyini göstərir”.
Oxşar xəbərlər
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
Tramp ABŞ-də süni intellektin inkişafı ilə bağlı sərəncamlar imzalayıb
BMT: Azərbaycan süni intellekt və rəqəmsal infrastruktur sahəsində regional lider kimi tanınıb
Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu













