Burkina Faso səfiri: Fransa Azərbaycan da daxil olmaqla dünyanın digər ölkələrinə qarşı mövqeyini dəyişməlidir
Fransa Afrikanın bir çox dövlətləri, həmçinin Azərbaycan da daxil olmaqla dünyanın digər ölkələrinə qarşı mövqeyini dəyişməli və onların suverenliyinə hörmətlə yanaşmalıdır.
Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Burkina Fasonun Azərbaycandakı qeyri-rezident səfiri Vinta Some deyib.
Səfir qeyd edib ki, bu ölkə Burkina Fasoya qarşı apardığı dezinformasiya müharibəsini Azərbaycana qarşı da edir:
"Fikrimizcə, bu, artıq on ildən çoxdur ki, bizə və ümumilikdə, Sahel ölkələrinə (Sahel - Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsuldar torpaqlara malik tropik savanna - red.) - Mavritaniya, Mali, Burkina Faso, Niger, Çad, Sudana tətbiq edilən imperialist müharibənin tərkib hissəsidir.
Biz bu cür davranışı kəskin şəkildə qınamalı və pisləməliyik. Hesab edirəm ki, Fransa keçmiş müstəmləkəçi kimi məqsədinə çatmaq üçün və bəzi beynəlxalq media üzərində güclü təsirə malik olduğuna əsaslanaraq beynəlxalq ictimai rəyin bir hissəsini manipulyasiya edir və bunu sui-istifadəyə çevirir. Biz bu dezinformasiya manevri qarşısında bütün tərəfləri ayıq-sayıqlığa və müdrikliyə çağırırıq.
Fransanın bizim ölkələrimizdə istismar və əsarət siyasəti, başqa nüanslarla yanaşı, xalqlarımızın təkamülünü, inkişafını qəbul etməməsindən, qeyri-müəyyən yanaşmasından irəli gəlir. Ölkələrimizə hörmətsizlik, ayrı-ayrı liderlərə həqarətlər edilməsi dövlətlərimizin suverenliyinə ciddi zərbədir və bu artıq dözülməz səviyyədədir".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Səfir: Azərbaycanın "yaşıl enerji" üzrə təcrübəsi Burkina Faso üçün maraqlıdır
Səfir: Fransa Burkina Fasoya qarşı apardığı dezinformasiya müharibəsini Azərbaycana qarşı da edir - MÜSAHİBƏ
Afrikanın üç ölkəsi Fransa xuntasının başlatdığı saxta manevrləri izləyir
Niger, Mali və Burkina-Faso rəsmi olaraq ECOWAS-dan çıxıb
Burkina-Faso, Mali və Niger Əlcəzairdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












