Aİ Azərbaycan və Ermənistanın əldə etdiyi razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazırdır
sizinxeber.az xəbər saytı

Aİ Azərbaycan və Ermənistanın əldə etdiyi razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazırdır


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, o bunu Prezident İlham Əliyevlə telefon danışığı zamanı qeyd edib.

Aİ Şurasının Prezidenti, həmçinin Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

A.Koşta bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb.

Oxşar xəbərlər

Antonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib
İordaniyanın Kralı Prezident İlham Əliyevə zəng edib
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Volodimir Zelenski İlham Əliyevə zəng edib
Prezident İlham Əliyev Qətər Əmirinə zəng edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle