DMX: Ötən ay 11 mindən çox əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
sizinxeber.az xəbər saytı

DMX: Ötən ay 11 mindən çox əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib


Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) 11 min 226 nəfər əcnəbi Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Bildirilib ki, iyul ayı ərzində xidmətə 86 min 99 müraciət daxil olub. Onlardan 56 min 741-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

Bununla yanaşı, vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərin sayı 137 olub. Azərbaycan vətəndaşlığına dair mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı isə 1914 müraciət qeydə alınıb.

Məlumatda qeyd olunub ki, müraciətlərdən 1 169-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.

Oxşar xəbərlər

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Ötən ay 30 minə yaxın əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib
DMX: Ötən ay əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət ediblər
DMX: Ötən il Azərbaycanda yaşamaq üçün 80 minə yaxın müraciət qeydə alınıb
Ötən ay Azərbaycanda yaşamaq üçün 7 minə yaxın əcnəbi müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər