Azərbaycan və ABŞ liderlərinin səmimi dialoqunu əks etdirən video böyük ictimai maraq doğurub
sizinxeber.az xəbər saytı

Azərbaycan və ABŞ liderlərinin səmimi dialoqunu əks etdirən video böyük ictimai maraq doğurub


Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri zamanı iki dövlət başçısının səmimi dialoqunu əks etdirən videogörüntülər yayılıb.

“Sizinxeber.az” xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin Azərbaycanla ABŞ arasında Anlaşma Memoandumunu imzaladığı qələmi “tarixi qələm” adlandıraraq xatirə kimi özü ilə götürməsi diqqət çəkib.

D.Tramp isə Azərbaycan liderinin imzasının gözəl olduğunu deyib və Prezident İlham Əliyevi Qarabağ məsələsində göstərdiyi qətiyyətə görə “böyük lider” adlandırıb.

Azərbaycan Prezidenti, öz növbəsində, dünyadakı bir çox yerlərdə münaqişənin həllinə töhfə verən, sülh gətirən böyük liderin məhz onun yanında əyləşdiyini söyləyib.

Daha sonra D.Tramp Prezident İlham Əliyevin yüksək səviyyədə danışıq aparma bacarığını vurğulayaraq ona həm özü, həm də nəvələri üçün qızıl sikkələr hədiyyə edib.

Yekunda ABŞ lideri Azərbaycan Prezidenti ilə görüşün yüksək əhəmiyyətini ifadə edən daha bir hədiyyəni - Ağ Evin rəmzi açarını Azərbaycan Prezidentinə təqdim edib.

Oxşar xəbərlər

Tramp İlham Əliyev və Paşinyan haqqında: Bu iki gözəl insan və böyük lider mənim yaxşı dostlarımdır
Azərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib
İlham Əliyevlə Donald Trampın Anlaşma Memorandumu imzalamasından daha bir görüntü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər