Fərid Şəfiyev: Son proseslər Aİ Müşahidə Missiyasının Ermənistan ərazisindən daha tez çıxarılmasını mümkün edir
Son proseslər Avropa İttifaqının Müşahidə Missiyasının (EUMA) Ermənistan ərazisindən daha tez çıxarılmasını mümkün edir.
Bunu “Sizinxeber.az”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin mətninə əsasən, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər:
“Burada söhbət həm Avropa İttifaqının Müşahidə Missiyasından, həm də Rusiya qüvvələrindən gedir. Ancaq bir şey nəzərə alınmalıdır ki, bunlar sazişin qüvvəyə minməsindən sonra üçün nəzərdə tutulur. Biz isə hələ sazişi imzalamamışıq, sadəcə paraflamışıq. Sənəd, güman ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər etdikdən sonra imzalanacaq”.
Mərkəz rəhbəri hesab edir ki, yaxın iki ildə Avropa İttifaqının Müşahidə Missiyasının Ermənistan ərazisində fəaliyyət göstərmək ehtimalı var:
“Lakin delimitasiya və digər müsbət faktorları nəzərə alaraq EUMA Ermənistan ərazisindən daha tez çıxa bilər. Bu, Ermənistan və Aİ arasında olan məsələdir. Ancaq sülh sazişi imzalandıqdan sonra bu təkcə Ermənistan - Avropa İttifaqı məsələsi olmayacaq, artıq Ermənistanın öhdəliyi olacaq ki, ərazisindən üçüncü tərəfin qüvvələrini çıxarsın”.
Qeyd edək ki, “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin VII maddəsinə əsasən, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə hərbi sahə də daxil olmaqla qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Sərhəd zonasında üçüncü dövlətin qüvvəsi olmamalıdır
Fərid Şəfiyev: Aİ-nin Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq
Fərid Şəfiyev: Ermənistan ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir
BMTM-in rəhbəri: Fransa Ermənistanda revanşistləri silahlandırır
Fərid Şəfiyev: Beynəlxalq ictimaiyyətin təqdir etdiyi Azərbaycan-Türkiyə müttəfiqliyini qorumalıyıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"












