Ukrayna səfiri: Kiyev növbəti yardıma görə Azərbaycana minnətdardır
Ukrayna göstərilən növbəti humanitar yardım üçün Azərbaycana minnətdardır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Sumqayıtda bu ölkəyə növbəti humanitar yardımın göndərilməsi mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Mən Ukrayna üçün çox vacib və zəruri olan bu yardıma, dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz bu avadanlıqlardan bütün elektrik sistemimizin bərpası üçün istifadə edirik", - diplomat bildirib. O vurğulayıb ki, bu, cari il ərzində elektrik avadanlıqlarından ibarət ikinci yardım paketidir.
Səfir vurğulayıb ki, Ukrayna Azərbaycanın dəstəyini qiymətləndirir və həmişə ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
"Biz tariximizin bu ağır dövründə Azərbaycanın bizi dəstəkləməsini qiymətləndiririk", - o əlavə edib.
Oxşar xəbərlər
Səfir: Ukrayna müntəzəm humanitar yardıma görə Azərbaycana minnətdardır
Ukrayna səfiri: Kiyev Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək
Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq
Səfir: Ukrayna və Azərbaycan regionda və dünyada ədalətli sülh, sabitlik və rifaha can atır
Yuri Qusev: Kiyev və Bakı neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"












