Qafar Çaxmaqlı: Vaşinqton bəyannaməsi Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında tarixi addımdır
Vaşinqton görüşündə əldə olunan razılaşmalar, Azərbaycan-ABŞ-Ermənistan Birgə Bəyannaməsi Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında, şübhəsiz, tarixi bir addımdır.
Bunu "Sizinxeber.az"a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib.
Onun sözlərinə görə, Tramp Amerikasını bu gün geosiyasi mübarizənin qalibi hesab etmək olar:
"Bu gedişatda Rusiya və İranın yerinə ABŞ-nin bölgəyə yerləşməsinin şahidi oluruq. Amma bunun regionda gərginliyin aradan qaldırılmasına nə dərəcədə təsir edəcəyini indidən söyləmək çətindir. Rusiya ilə İrandan verilən son mesajlar Tehranla Moskvanın bu durumu qəbul etmədiyini göstərir".
Q.Çaxmaqlı Vaşinqtonda əldə olunan razılaşmaların ardıcıllıqla icra olunacağı təqdirdə region ölkələrinin sülh və sabitlik şəraitində inkişafı üçün ciddi perspektivlər açılacağını söyləyib:
"Ermənistan buna daha çox ümid edir. Baş nazir Paşinyan da bu razılaşmanı böyük uğur kimi qələmə verərək bildirib ki, ABŞ-nin patronajlığında əldə olunan sülh Ermənistanın təhlükəsizliyinə zəmanətdir. Ermənistanın ictimai rəyində Vaşinqton razılaşmaları “nəfəs almaq imkanı” olaraq dəyərləndirilir".
Oxşar xəbərlər
Rusiya XİN: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır”
Türkiyə PA-nın rəsmisi: ABŞ-da imzalanan razılaşma Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır
Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında imzalanan sənəd davamlı sülhə doğru mühüm addımdır
Çexiya XİN: Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda firavanlığa yol açır
Ukrayna səfiri: Cənubi Qafqazda yeni güc balansı formalaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












