Ermənistanın Rusiya və İranla Zəngəzurda ABŞ-nin mövcudluğunu necə tənzimləyəcəyi öz məsələsidir - RƏY
Ermənistan avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmaları yerinə yetirməsə, Birləşmiş Ştatlarla üz-üzə gələcək.
Bunu "Sizinxeber.az"a açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın hərbi və diplomatik sahədə olan qələbələri regionda faktiki olaraq yeni geosiyasi mühit yaradıb:
"Uzunmüddətli proseslər göstərir ki, Azərbaycanın təkidi ilə Ermənistanla ikitərəfli, vasitəsiz əlaqələr yarandı və bunun nəticəsində sülh müqaviləsinin mətni razılaşdırıldı:
“Son hadisələr göstərir ki, fövqəldövlətlər mövcud reallıqlardan çıxış edərək öz maraqlarını təmin etmək istəyirlər. Artıq bunu dəyişmək mümkün deyil, hətta Birləşmiş Ştatların Prezidenti də bunu başa düşür. ABŞ bu reallıqların nəticəsində müəyyənləşdirilən çərçivə formatında təkliflər verir. Məsələn, Beynəlxalq Sülh və Rifah naminə Tramp (TRIPP) layihəsi məhz bu təkliflər sırasındadır. Azərbaycan tərəfi də bunu qəbul edir, çünki burada yenə də Azərbaycanın maraqları təmin olunur. Yəni Naxçıvanın ölkəmizin əsas hissəsi ilə əlaqəsi yaranıb. Bu, əsas şərtlərdən biri idi”.
Siyasi şərhçi hesab edir ki, Ermənstanın digər oyunçularla, yəni Rusiya və İranla sözügedən ərazidə ABŞ-in mövcudluğunu necə tənzimləyəcəyi öz məsələsidir:
“Biz digər ölkələrin suveren işlərinə qarışmırıq. Öz uzunmüddətli maraqlarımızı təmin etməklə məşğuluq. Birləşmiş iştirakı ilə imzalanmış razılaşmalar, əlbəttə ki baş tutacaq. Əks halda Ermənistan təkcə Azərbaycanla yox, eyni zamanda ABŞ ilə üzləşəcək. Ermənistan Baş naziri də başa düşür ki, Donald Trampla üz-üzə gəlmək çox baha başa gələ bilər. Ona görə çox güman ki, əldə olunmuş razılıqların müddəaları ənolduğu kimi yerinə yetiriləcək”.
Oxşar xəbərlər
Vaşinqton görüşü Azərbaycan xarici siyasət tarixində mühüm səhifələrdən biri kimi qalacaq - RƏY
İlham Əliyev: "Azərbaycan-Ermənistan sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür"
Dövlət Departamentinin baş müşaviri: Tramp Bakı və İrəvan arasında sülhün imzalanmasını gözləyir
ABŞ Cənubi Qafqazla bağlı maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir - RƏY
Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"













