Vaşa Lazlo Vaşinqtondakı razılaşmalar haqqında: Cənubi Qafqaz strateji ticarət dəhlizinə çevrilə bilər
Vaşinqtonda avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflandığı sammitin nəticələri sülh prosesində mühüm diplomatik irəliləyişə nail olunduğunu nümayiş etdirir.
Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert, Macarıstan Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi professor Vaşa Lazlo bildirib.
"Bu sammit otuz ildən çox davam edən və onminlərlə insanın həyatına son qoyan münaqişədə misligörünməmiş diplomatik irəliləyişdir. Bunun fonunda Vaşinqton görüşü siyasi iradənin rəmzi və dəyişən geosiyasi dinamikanın təzahürüdür, çünki Birləşmiş Ştatlar Rusiyanın uzun müddət ərzində icra etdiyi rolu öz üzərinə götürür", - o bildirib.
Lazlo qeyd edib ki, tərəflər bütün məsələləri qəti surətdə həll edərsə, Cənubi Qafqaz strateji ticarət və əməkdaşlıq dəhlizinə çevrilə bilər.
"Azərbaycan üçün razılaşmaların formatı əldə edilmiş son hərbi və diplomatik nailiyyətləri möhkəmləndirir, iqtisadi imkanlar açır. Ermənistan üçün isə sabitlik, iqtisadi inteqrasiya və xarici siyasət kursunu yenidən qiymətləndirmə perspektivləri açılır", - ekspert bildirib. O vurğulayıb ki, sərhədin demarkasiyasının praktiki aspektləri ilə bağlı vacib məsələ hələ də gündəlikdədir.
Lazlo Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
"Macarıstan Ermənistanın siyasi gündəliyindən ərazi iddialarının çıxarılmasını potensial etimad quruculuğu tədbiri kimi alqışlayır", - o vurğulayıb.
Oxşar xəbərlər
Macarıstanlı ekspert: “Budapeşt Bakı ilə əməkdaşlığa Qərbi Avropadan əvvəl başlayıb”
Giorgi Xaindrava: İlham Əliyevin Paşinyana uzatdığı əl sülh əli kimi qəbul edilməlidir
Yunanıstan XİN: Cənubi Qafqaz regionunda istifadə olunmamış böyük potensial var
Türkiyəli ekspert: "Qərbin Cənubi Qafqaza gəlməsinin qarşısını almaq lazımdır"
Sülh sazişi üçün bu ərəb ölkəsi təklif edilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?












