Simon Kopadze: Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə Rusiyanın regiondakı təsirini zəiflədəcək
sizinxeber.az xəbər saytı

Simon Kopadze: Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə Rusiyanın regiondakı təsirini zəiflədəcək


Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə Rusiyanın regiondakı təsirini ciddi şəkildə zəiflədəcək.

Bunu “Sizinxeber.az”un yerli bürosuna Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze avqustun 8-də Vaşinqtonda Azərbaycan-Ermənistan-ABŞ görüşünü, sülh sazişinin paraflanmasını və regionun gələcək perspektivlərini dəyərləndirərkən deyib.

Ekspertin sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı rolu, demək olar ki, yoxa çıxır:

 Simon Kopadze
Simon Kopadze

“Onların siyasətini siyasət adlandırmaq çətindir – bu, şəxsi maraqlara əsaslanan, müstəmləkəçilik münasibətlərinə söykənən davranışdır. Onlar hələ də keçmiş SSRİ respubikalarını müstəqil dövlət kimi qəbul etmirlər. Bu görüşün regionda Rusiya tərsirinin azalmasına ciddi təsiri var, çünki Rusiyanın Cənubi Qafqazdakı rolu, demək olar ki, yoxa çıxır”.

S.Kopadze Prezident İlham Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirib:

“İlham Əliyevin unikallığı ondadır ki, qalib olmasına baxmayaraq, Paşinyanla tərəfdaş kimi davranır. O, təkcə tərəfdaşlıq əlini uzatmadı, həm də düşməninə bu əli mərd şəkildə uzatdı. Bu, nadir rast gəlinən alicənablıq nümunəsidir”.

Oxşar xəbərlər

Politoloq: "Vaşinqton razılaşmaları Rusiyadan yan keçən nəqliyyat marşrutlarını inkişaf etdirəcək"
Gürcü tarixçilər: Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş klassik soyqırımı nümunəsidir
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
Valeri Çeçelaşvili: Vaşinqtonda görüş yalnız Azərbaycan və Ermənistan üçün deyil, Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır
Ermənistan və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər