Vaşinqton görüşü hələ uzun illər təhlil olunacaq, əsl dəyərinə layiqli qiymət veriləcək - RƏY
sizinxeber.az xəbər saytı

Vaşinqton görüşü hələ uzun illər təhlil olunacaq, əsl dəyərinə layiqli qiymət veriləcək - RƏY


Ağ Evdə avqustun 8-də keçirilən üçtərəfli zirvə görüşü hələ bundan sonra da uzun illər təhlil olunacaq, onun əsl dəyərinə layiqli qiymət veriləcək.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputatın fikrincə bu, gələcək və qlobal sülh üçün də böyük töhfə olacaq:

"Bölgə əhalisinin, gənclərinin bu müharibədə həlak olmasının artıq qarşısı alınacaq. Bu zəfərin, eləcə də Vaşinqtonda paraflanmış sənədin əsas qəhrəmanları bizim şəhidlərimizdir - istər Birinci Qarabağ, istər İkinci Qarabağ müharibəsində, istərsə də 2023-cü il antiterror əməliyyatında canlarını fəda edənlər. Azərbaycan dövləti qalib və müzəffər ölkə olaraq dünyaya bəlli oldu. Güclü tərəf isə hər zaman əsas söz sahibi olur".

 Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

M.İbrahimqızı bildirib ki, Azərbaycan təkcə güclü dövlət kimi deyil, eyni zamanda haqlı olan ölkə kimi tanındı.

"Prezident xalqa müraciətində də demişdi ki, biz haqq və ədalət yolunda müharibəyə başlayırıq. Yəni bölgədə sülhün bərqərar olması, davamlı və dayanıqlı inkişafın təmin edilməsi, həm də xalqlar arasında tolerantlıq və yaxşı qonşuluq siyasətinin həyata keçirilməsi dövlət başçısının mühüm xidmətidir. İlk sülh, xoş niyyət əlini uzadan məhz Prezident İlham Əliyev oldu".

Deputat əlavə edib ki, gələcək nəsillər 44 günlük Vətən müharibəsi və sülh müqaviləsinə gedən yolda əldə olunan nəticələr barədə danışarkən bu tarixi nailiyyətlərin müəlliflərindən birinin məhz İlham Əliyev olduğunu deyəcəklər.

Oxşar xəbərlər

Məlahət İbrahimqızı: “Qənirə xanım böyük şəxsiyyət idi”
Deputat ATƏT-in iclasında Qərbi Azərbaycana qayıdışdan bəhs edib  
Məlahət İbrahimqızı: "Azərbaycanda elektrik qatarı ilə səyahət çox təhlükəsiz və rahatdır"
Prezident Milli Məclisdə çıxışında ölkə və xalq qarşısında duran əsas vəzifələri açıqladı - RƏY
Vaşinqton görüşü Cənubi Qafqazın diplomatiya tarixində dönüş nöqtəsinə çevrildi - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər