Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla Ermənistana dəstək və əməkdaşlığa sadiq qalır
sizinxeber.az xəbər saytı

Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla Ermənistana dəstək və əməkdaşlığa sadiq qalır


BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Ermənistan Respublikası ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu tarixi nailiyyət cəsarət, müdriklik və region xalqları üçün sülh, sabitlik və əməkdaşlığın gələcəyinin formalaşdırılmasına sadiqlik nümayiş etdirir. Həmçinin beynəlxalq ictimaiyyətə vacib mesaj verir ki, dialoq və diplomatiya hətta ən mürəkkəb problemlərin həlli üçün ən güclü vasitə olaraq qalır.

Siz bu önəmli yolda irəliləyərkən əminliyimi bildirirəm ki, Birgə Bəyannamə etimadın qurulması, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və Cənubi Qafqazda inkişaf və firavanlıq üçün yeni imkanların açılmasında əsas rol oynayacaqdır.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərdə yeni səhifənin açılması məsələsində dəstək və əməkdaşlığa sadiq qalır.

Zati-aliləri, ən səmimi təbriklərimi və göstərilən səylərin davamlı uğuru ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Oxşar xəbərlər

BMT-nin tərkibində fəaliyyət göstərən qurum və şəxslər Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayıb
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb
Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - YENİLƏNİB
Ceyhun Bayramov BMT nümayəndəsini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər