NATO rəsmisi: Regional təhlükəsizliyi təşviq etmək üçün Azərbaycan və Ermənistanla yaxından işləyəcəyik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
avq
2025
19:30
0
0
1 291
ff aaaaaaa

NATO rəsmisi: Regional təhlükəsizliyi təşviq etmək üçün Azərbaycan və Ermənistanla yaxından işləyəcəyik

12 avq, 2025
19:30
1 291

NATO rəsmisi: Regional təhlükəsizliyi təşviq etmək üçün Azərbaycan və Ermənistanla yaxından işləyəcəyik

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge Azərbaycanın və Ermənistanın alyansdakı nümayəndələri ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə B.Ruge "X"də yazıb.

Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə olunan razılıqları müzakirə ediblər.

"NATO adından Ermənistan və Azərbaycan səfirlərini ABŞ hökumətinin Vaşinqtonda təşkil etdiyi tarixi görüş münasibətilə təbrik etdim.
NATO bu irəliləyişi alqışlayır və tərəfdaşlığımızı qurmaq və regional təhlükəsizliyi təşviq etmək üçün həm Ermənistan, həm də Azərbaycanla yaxından işləməyə davam edəcək", - o bildirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul