Mixail Qonçar: Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər
Rusiya "Azərbaycana qarşı çoxölçülü zərərvericilik" siyasətinə keçib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə "Strategiya XXI" Qlobalistika Mərkəzinin prezidenti Mixail Qonçar “RBK-Ukrayna”ya müsahibəsində Rusiya hərbçilərinin Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib.
Onun fikrincə, Ukraynada SOCAR-ın obyektlərinə edilən hücumlar "acizlikdən doğan qisas" aksiyalarıdır.
Qonçarın sözlərinə görə, Azərbaycan Avropa İttifaqının qaz bazarında iştirakını artırır və Moskva buna qarşı heç nə edə bilməyəcək.
Bununla yanaşı, o vurğulayıb ki, bu gün Azərbaycan güclü mövqedədir və bunu hiss edir, çünki ölkənin enerji daşıyıcılarına maraq, o cümlədən ABŞ şirkətlərinin marağı yalnız və yalnız artır.
"Bu gün onlar özlərini güclü mövqedə hiss edirlər. ABŞ-nin “Exxon Mobil” şirkəti Xəzər dənizində Azərbaycanın hələ işlənməmiş "Qarabağ" qaz yatağına maraq göstərir. Buna görə də düşünürəm ki, Azərbaycan zərbəyə davam gətirəcək", - politoloq vurğulayıb.
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukraynada enerji obyektlərinə hücumlara moratorium tətbiq etməyi təklif edib
Tramp: Krım Rusiya ilə qalacaq
Vladimir Putin: "Şirkətlərimiz Azərbaycanda özlərini rahat hiss edir"
Rusiya şirkəti Azərbaycana neft-qaz avadanlıqları tədarükünü genişləndirmək istəyir
Rusiya Odessada SOCAR-ın neft bazasına zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?












