Avstraliya Azərbaycan-Ermənistan sülh razılaşmasının paraflanmasını müsbət qarşılayıb
sizinxeber.az xəbər saytı

Avstraliya Azərbaycan-Ermənistan sülh razılaşmasının paraflanmasını müsbət qarşılayıb


Avstraliya hökuməti 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını müsbət qarşılayıb.

APA-nın xəbərinə görə, bəyanatda qeyd olunub ki, bu addım Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru mühüm və ümidverici mərhələdir.

Avstraliya bu müsbət irəliləyişin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndirib.

Avstraliya tərəfləri öhdəliklərinə sadiq qalmağa və ən qısa zamanda hərtərəfli sülh sazişini imzalamağa çağırıb.

Avstraliya həm Ermənistanın, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib və ədalətli, davamlı sülhün təmin olunması üçün dialoqun davam etdirilməsini təşviq edib.

Oxşar xəbərlər

Səfir: Avstraliya Ermənistan-Azərbaycan normallaşmasında maraqlıdır
ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri Ukraynada nizamlanmaya çağırıblar
Avstraliya və İndoneziya müdafiə sazişi imzalamaq niyyətindədir
Tokayev Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi nailiyyət hesab edir
Rubio: ABŞ Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişini alqışlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər