İlham Əliyevin Vaşinqton səfəri Azərbaycana qarşı qarayaxma kampaniyalarını tam iflas etdi - RƏY
sizinxeber.az xəbər saytı

İlham Əliyevin Vaşinqton səfəri Azərbaycana qarşı qarayaxma kampaniyalarını tam iflas etdi - RƏY


Prezident İlham Əliyevin ABŞ-yə səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda, regional geosiyasi arxitekturanın yenidən formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O qeyd edib ki, bu səfər uzun müddət Bayden-Blinken administrasiyası, Emmanuel Makron, Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamenti kimi mərkəzlər tərəfindən həyata keçirilən siyasi təzyiq, sanksiya hədələri və beynəlxalq mediada aparılan qarayaxma kampaniyaları tam iflas edib:

Vasif Qafarov
Vasif Qafarov

"Vaşinqton görüşləri göstərdi ki, ABŞ da artıq Azərbaycansız regional enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya inteqrasiyası və sabitlik mövzularını həll edə bilməyəcəyini anlayır. Bu, tərəfdaşlıq modelini bərabərhüquqlu əməkdaşlıq səviyyəsinə gətirir".

V.Qafarov bildirib ki, səfərin ən mühüm nəticələrindən biri Azərbaycanın Cənubi Qafqazda güc balansını müəyyən edən əsas tərəf kimi təsdiqlənməsidir:

"Ermənistanın himayədarları hesab olunan Qərb dairələrinin təzyiq mexanizmləri iflasa uğradıqca regionda proseslərin mərkəzi Bakı ətrafında cəmlənməsi tendensiyası güclənir. Bu həm də Zəngəzur dəhlizi və digər strateji layihələrin daha real və sürətli şəkildə icrasına zəmin yaradır".

Oxşar xəbərlər

İlham Əliyevin ABŞ-ə səfəri münasibətlərin yenidən dirçəldiyinin əyani göstəricisidir - RƏY
Ölkəmizin tarix yazdığı Vaşinqton görüşü: Ermənistan sülh prosesini yekunlaşdıra biləcək?
İlham Əliyevin ABŞ-yə səfəri münasibətlərin yenidən dirçəldiyinin əyani göstəricisidir - RƏY
ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir - RƏY
COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər