Kremlin təbliğat maşınının başında olanlar sülh təşəbbüslərini gözdən salmağa çalışırlar – RƏY
Kremlin təbliğat maşınının başında olan simalar — Dövlət Dumasının deputatı, keçmiş general Andrey Qurulyov, həmçinin Vladimir Solovyov kimi təxribatçı teleaparıcılar — öz çıxışlarında açıq şəkildə region xalqları arasında nifaq toxumları səpir, sülh təşəbbüslərini gözdən salmağa çalışırlar.
Bunu “Report”a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, bu şəxslərin dedikləri bəzən diplomatik dillə gizlətməyə çalışılan siyasətin “çılpaq” üzünü ortaya qoyur:
“Azərbaycan xalqı yaxın keçmişi unutmayıb. 1990-cı il 20 Yanvar tarixində Sovet ordusunun Bakıya daxil olaraq dinc sakinləri qətlə yetirməsindən tutmuş “AZAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində soydaşlarımızın həyatını itirməsinə qədər! Bütün bunların fonunda ya susulub, ya da məsuliyyətdən yayınmağa çalışılıb”.
Ü.Zülfiqar vurğulayıb ki, bu mərhələdə süni maneələr yaradan qüvvələr artıq kənarda qalmalı və prosesə əngəl törətməməlidirlər.
“Sülh prosesi region üçün daha da inkişaf etmək uğrunda atılan təməldir. Normal siyasi düşüncəyə sahib olan hər kəs bu məsələyə məhz bu prizmadan baxmalıdır. Təəssüf ki, nümayiş etdirilən aqressiv ritorika, kimin sülh, kimin isə bölgənin gərginlik nöqtəsi olaraq qalmasını istədiyini açıq şəkildə göstərir”, - o deyib.
Siyasi şərhçi deyib ki, bu süni gərginlik siyasətinə qarşı ən yaxşı cavab isə real və dayanıqlı sülhün imzalanmasıdır.
Oxşar xəbərlər
Rusiyada mövcud olan ksenofob meyllər hüquq-mühafizə orqanlarına da sirayət edib - RƏY
Ermənistan Abu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
ABŞ-nin Qlobal Siyasət İnstitutunun professoru ilə onlayn vebinar keçirilib
İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib
Ülviyyə Zülfiqar: Medinskinin səsləndirdiyi absurd fikirlər, ilk növbədə, ölkəsinin mövqeyinə ziddir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?













