Gürcü ekspert: Müqavilədən sonra Cənubi Qafqazda yeni birlik formalaşacaq və burada şübhəsiz lider Azərbaycan olacaq
Qarabağ probleminin hərbi həlli hələ regionda sülhün bərqərar olması demək deyildi, ona görə də ABŞ-də Azərbaycan və Ermənistan arasında görüşü region və ümumiyyətlə bütün dünya ictimaiyyəti uzun müddətdir gözləyirdi.
Bunu “Report”un yerli bürosuna tanınmış gürcü ekspert, siyasi şərhçi və professor Badri Naçkebia deyib.
O qeyd edib ki, ölkələr arasında qarşılıqlı anlaşmanın əldə olunması və burada ABŞ-nin bu qədər pozitiv rol oynaması çox sevindiricidir:
“Mən deyərdim ki, hər şeydən əvvəl bu, Azərbaycan Prezidenti İlham Əliyevin dahiyanə diplomatiyasının nəticəsidir. Məhz onun müdrik siyasəti göstərdi ki, danışıqların pozulmasına təhlükə yaradan çoxlu amillərə baxmayaraq, böyük uğurlara nail olmaq mümkündür”.
O hesab edir ki, yaxın vaxtlarda təkcə möhkəm və uğurlu sülh deyil, həm də regionun inkişafı və çiçəklənməsi başlayacaq:
“Ümid edirəm ki, müqavilənin imzalanmasından sonra ilk addımlar yaxın zamanda görünəcək. Əsas odur ki, bu proses dayanmasın, çünki çox güman ki, bu müqavilədən sonra Cənubi Qafqazda yeni bir birlik formalaşacaq və burada şübhəsiz lider Azərbaycan olacaq. Beləliklə, zaman keçdikcə Cənubi Qafqaz Avropa və Asiya qovşağında yerləşən ən maraqlı güc mərkəzlərindən birinə çevrilə bilər”.
Oxşar xəbərlər
Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar
Giorgi Xaindrava: İlham Əliyevin Paşinyana uzatdığı əl sülh əli kimi qəbul edilməlidir
Gürcü ekspert: Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpası region üçün tarixi hadisə idi
Paşinyan: Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq
Gürcü politoloq: Bəzi güclərə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sərf eləmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












