Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq


Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmış mətnində əksini tapıb.

Qeyd edilib ki, Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar.

Qeyd edək ki, Sazişin I Maddəsinə əsasən, tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.

Oxşar xəbərlər

Azərbaycan və Ermənistan Sazişin icrası üçün ikitərəfli komissiyalar yaradacaq
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
XİN: Ermənistanla sərhədin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb
Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında əsasnamə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər