Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərlə əlaqədar görüləcək tədbirləri müəyyənləşdirib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərlə əlaqədar görüləcək tədbirləri müəyyənləşdirib


Azərbaycan və Ermənistan onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər.

Sizinxeber.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmış mətnində əksini tapıb.

Qeyd edilib ki, tərəflər bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaq.

Oxşar xəbərlər

Azərbaycan və Ermənistan aralarındakı hərbi münaqişədə itkin düşmüş şəxslərlə bağlı tədbirlər görəcək
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
Azərbaycan və Ermənistan Sazişin icrası üçün ikitərəfli komissiyalar yaradacaq
Azərbaycan və Ermənistan bir-birinə qarşı güc tətbiq etməkdən çəkinəcəklər
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər