Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək
Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) fəaliyyətinə xitam vermək öhdəliyi götürüb.
Sizinxeber.az-nın diplomatik mənbədən əldə etdiyi xəbərə görə, saziş layihəsində tərəflərin bir-birinə qarşı güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə öhdəliyi ilə yanaşı, öz ərazilərini üçüncü dövlətlərin digər tərəfə qarşı təcavüzü üçün istifadəyə yol verilməməsi müddəasının əks olunması mövcud regional reallıqlar və bölgədə olan hərbi mövcudluq kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, Azərbaycanda hər hansı bir üçüncü tərəfin hərbi mövcudluğu olmadığı halda, Ermənistanda hərbi mövcudluq olması fonunda, bu öhdəliyin layihədə əks olunması təsadüfi hesab edilməməlidir. Eyni qaydada, saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirməməklə bağlı öhdəliyi xüsusi diqqət tələb edir. Məlum olduğu kimi, məhz bu element saziş layihəsində ən son mərhələyə kimi açıq qalan məsələlərdən biri idi və Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu müddəaya razılıq vermək istəmirdi. Sözügedən müddəa hazırda Ermənistan ərazisində yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) kontekstində xüsusi əhəmiyyət kəsb edir və Ermənistan tərəfinin bu missiyanın fəaliyyətinə xitam vermək öhdəliyini ehtiva edir.
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan bir-birinə qarşı güc tətbiq etməkdən çəkinəcəklər
XİN: BBC-yə 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub
Niderland səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Ərdoğan: Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir
XİN rəhbərinin müavini: Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarından əl çəkməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












