Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Ermənistan və Azərbaycan bir-birinə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətnində qeyd olunub.
"Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər", - sənəddə bildirilib.
Saziş mətninə əsasən, Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.
Oxşar xəbərlər
Azərbaycanla Ermənistan dövlətlərarası iddiaları, şikayətləri qarşılıqlı olaraq geri götürəcəklər
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan aralarındakı hərbi münaqişədə itkin düşmüş şəxslərlə bağlı tədbirlər görəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











