Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh üçün əlverişli mühit yaranıb - RƏY
Vaşinqton görüşündə əldə olunan razılaşmalar nəticəsində Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı normallaşma mərhələsi regionun gələcəyi üçün iqtisadi inkişafın, siyasi dayanılıqlığının artmasına səbəb olub.
Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O qeyd edib ki, Cənubi Qafqazda uzunmüddətli və dayanıqlıq sülhün təmini üçün əlverişli mühit yaranıb:
“İkinci Dünya müharibəsindən sonra münaqişələr hələ də davam edir. Lakin Azərbaycan suverenliyini təmin edərək bir çox ölkələrə nümunə oldu. Azərbaycan yeni bir reallığı təmin etdi. Beynəlxalq hüququn təməl prinsiplərinə uyğun şəkildə təmin olunmasına nail oldu”.
O əlavə edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı normallaşma mərhələsi regionun gələcəyi üçün iqtisadi inkişafı, siyasi dayanılıq vəd edir.
Deputat vurğulayıb ki, beynəlxalq ictimaiyyətin nümayəndələrinin Azərbayana göndərdiyi təbriklərdə görünür ki, Vaşinqtondakı razılaşma müsbət qarşılanır, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması baxımından yüksək dəyərləndirilir:
“Bu da Azərbaycanın yaratdığı reallıqdan yaranan nəticədir. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik xarici siyasət kursu var. Bu kurs Avrasiya qitəsinin inkişafına xidmət edir. Hazırkı qlobal proseslər fonunda Azərbaycanın yeri və rolu kifayət qədər yüksəkdir. Ölkənin reputasiyası bir çox dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. Ağ Evin simvolik açarının Donald Tramp tərəfindən Prezidentə verilməsi bir çox məsələlərdən xəbər verir. ABŞ Azərbaycanı etibar etdiyi tərəfdaş kimi qəbul edir və bunu dilə gətirir. Azərbaycan həmişə üzərində götürdüyü öhdəlikləri yerinə yetirir”.
Oxşar xəbərlər
Cənubi Qafqazda uzunmüddətli və dayanıqlıq sülh üçün əlverişli mühit yaranıb - RƏY
İlham Əliyev: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün tarixi şərait yaranıb"
Vaşinqton görüşü regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir - RƏY
Ovannisyan: Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır
Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü regional sülhə doğru mühüm addım hesab oluna bilər - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?













