Ukrayna səfiri: Cənubi Qafqazda yeni güc balansı formalaşır
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində əldə edilən razılaşmalar və tərəflərin sülh müqaviləsinin mətnini paraflaması Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını nümayiş etdirir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz müəllif yazısında yazıb.
"ATƏT-in Minsk prosesinin başa çatması, TRIPP irimiqyaslı infrastruktur layihəsinin ("Tramp Marşrutu") başlanması, nəqliyyat dəhlizlərinin inkişafı, ABŞ ilə müdafiə sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırılması - bütün bunlar Xəzər-Qara dəniz regionunun yeni geosiyasi reallığını formalaşdırır və Azərbaycan və Ermənistanı sülhün təkcə bir arzu deyil, həm də gündəlik səylə işin və inanılmaz səylərin nəticəsi ola biləcəyinə nümunə edir", - o yazıb.
Onun fikrincə, sülh müqaviləsinin paraflanması regionda yeni güc balansı haqqında aydın siqnaldır. Səfir qeyd edib ki, bu dəyişikliklər Moskvanın Cənubi Qafqazdakı təsirinin zəifləməsinə gətirib çıxarır.
Y.Qusev hesab edir ki, Cənubi Qafqaz bu gün öz tarixində yeni səhifəsini açır. "Dostlarımızı və tərəfdaşlarımızı bu qələbə münasibətilə səmimi qəlbdən təbrik edirik", - səfir vurğulayıb və beynəlxalq hüquqa əsaslanan sülhün tezliklə Ukraynada da bərqərar olacağına ümidvar olduğunu deyib.
Oxşar xəbərlər
Çexiya XİN: Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda firavanlığa yol açır
Maya Sandu Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Qazaxıstan səfiri Vaşinqtonda əldə olunan razılaşmalarla bağlı Azərbaycanı təbrik edib
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












