Trampın qəbul etdiyi razılaşma Azərbaycanın yol xəritəsi əsasında reallaşıb - RƏY
ABŞ Prezidenti Donald Trampın özünün də qəbul etdiyi Vaşinqtondakı razılaşma Azərbaycanın 2022-ci ildə təqdim etdiyi yol xəritəsi əsasında reallaşıb.
Bu fikirləri “Report”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev bir daha göstərdi ki, o, xarici siyasətdə çevik qərarlara malikdir:
“Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanın milli maraqlarının və Azərbaycan dövlətinin inkişafı və uğuru üçün əsas meyar rolunu oynayır”.
Z.Məmmədov bildirib ki, Vaşinqton görüşündə 30 illik müharibə tarixindən danışılsa da, onu da qeyd etmək lazımdır ki, bundan əvvəl də Qarabağ və Şərqi Zəngəzur uğrunda ermənilərin iddiaları var idi: “Həmçinin bölgəyə ermənilərin köçü, erməni məsələsi adı altında ayrı-ayrı xarici dövlətlərin maraqları var idi. Baxmayaraq ki, Bayden-Blinken Administrasiyası, Emmanuel Makron kimilər, yaxud Avropa İttifaqı, Avropa Şurası, eləcə də Avropa Parlamenti tərəfindən zaman-zaman Azərbaycanı bu məsələdə müəyyən güzəştlərə məcbur etmək cəhdləri var idi, amma onların hamısı tamamilə iflasa uğradı və Prezident İlham Əliyev əslərlərlə davam edən məsələnin nöqtəsini qoydu”.
O, qeyd edib ki, Azərbaycan uzun müddət müxtəlif siyasi və diplomatik təzyiqlərə məruz qalıb:
“Amma heç bir halda Prezident İlham Əliyev geri çəkilmədi. Bu birmənalı olaraq əsl liderə xas bir xüsusiyyətdir ki, nəticəsi artıq bütün dünyaya məlumdur. Aydındır ki, hər bir dövlətin, xalqın tarixində müxtəlif liderlər olur, o lidelər xalqı ya bəlaya, qüssəyə qərq edir, ya da əksinə onlar üçün inkişaf şərtləndirir. Prezident İlham Əliyev 200 il qələbəyə həsrət qalan bir xalqa qələbə bəxş etdi, nəticə etibarilə Azərbaycan dövlətçiliyinin inkişafı üçün vacib addım atdı”.
Z.Məmmədov Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzuna da diqqət çəkib:
“Əvvəllər Azərbaycanla təzyiq dilində danışmağa cəhd edənlər bu günün reallığını qəbul etməlidirlər və edirlər də. Onlar görür ki, Azərbaycan güclü liderinin sayəsində dediklərini birmənalı şəkildə qəbul etdirir. Necə ki Vaşinqtondakı razılaşma məhz Azərbaycanın haqlı şəkildə irəli sürdüyü şərtləri özündə ehtiva edir. Burada mütləq şəkildə maneəsiz olaraq Azərbaycanın əsas mərkəzi hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın qurulması, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, Qarabağın Azərbaycanın daxili işi olmasını qeyd etməliyik.
Bütün bu məsələrdə Azərbaycan öz məqsədinə çatdı və nəticə etibarilə bəyannamədə Azərbaycanın tələbləri öz əksini tapdı. Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampın qarşısında öhdəlik götürdü ki, o Azərbaycanın tələblərini reallaşdıracaq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Bayden-Blinken administrasiyası dövründə ABŞ Azərbaycana qərəzli münasibət göstərib
İlham Əliyev Donald Trampın Müstəqillik Günü münasibətilə məktubunu yüksək qiymətləndirib
Amerikalı politoloq: İlham Əliyev Birləşmiş Ştatların etibarlı müttəfiqidir
Vaşinqtondakı Zirvə görüşü ilə regionda yeni səhifə açılır - RƏY
İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?













