İsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını təbrik edib
sizinxeber.az xəbər saytı

İsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını təbrik edib


“Prezident Trampı təbrik edirik! Sizin cəsarətli rəhbərliyiniz və qlobal baxışınız daha bir sülh sazişini mümkün edib”.

“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkə hesabında yazıb:

“Mən də bu tarixi sazişin imzalanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Paşinyanı, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Hamınız barışıq və ortaq rifahın yeni dövründən zövq alın”,- deyə Baş nazir bildirib.

Eyni zamanda İsrail Prezidenti İsaak Hersoq da “X” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannamə barədə yazıb:

“Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim. Ümid edirəm və dua edirəm ki, biz sizin rəhbərliyiniz altında dünyada, hər şeydən əvvəl Qəzzada HƏMAS-ın əli ilə girovlarımızın keçdikləri cəhənnəmdən təcili geri qaytarılması kimi daha çox tarixi nailiyyətlər görəcəyik. Prezident İlham Əliyevi və baş nazir Nikol Paşinyanı liderliyinə görə, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Onlar sülh, əmin-amanlıq və firavanlıq içində yaşasınlar”, - Hersoq bildirib.

Oxşar xəbərlər

İsrail prezidenti Azərbaycan və Ermənistan arasında bağlanan sazişə münasibət bildirib
Maya Sandu Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib
Litva Prezidenti ABŞ, Azərbaycan və Ermənistan liderlərini tarixi razılaşma münasibətilə təbrik edib
İrakli Kobaxidze: Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq
Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər