Qətər XİN: Azərbaycan və Ermənistan arasında saziş Qafqazda təhlükəsizliyi və sabitliyi gücləndirəcək
sizinxeber.az xəbər saytı

Qətər XİN: Azərbaycan və Ermənistan arasında saziş Qafqazda təhlükəsizliyi və sabitliyi gücləndirəcək


Qətər ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülh sazişinin paraflanmasını alqışlayır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində dərc edilən bəyanatında deyilir.

Nazirlikdən bildirilib ki, onlar sazişin iki ölkə arasında mehriban qonşuluq prinsipləri əsasında əməkdaşlığın yeni mərhələsi üçün əsas olacağına, hər iki xalqın sülh, inkişaf və firavanlıq arzularına cavab verəcəyinə, həmçinin Qafqazda təhlükəsizlik və sabitliyi möhkəmləndirəcəyinə ümidvardırlar.

Qurum həmçinin Qətər tərəfinin razılığın əldə edilməsindəki səylərinə görə ABŞ-yə təşəkkür etdiyini bildirib və gərginliyin azaldılmasına, mübahisələrin diplomatik yollarla həllinə və həm regional, həm də beynəlxalq səviyyədə sülh, inkişaf və rifahın əsaslarının möhkəmləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəklədiyini təsdiqləyib.

Oxşar xəbərlər

Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq
Zaur Əhmədov: Azərbaycan və Ermənistan arasında sülh sazişi Qafqazda sabitliyi və Avropa ilə əlaqələri gücləndirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər