Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
sizinxeber.az xəbər saytı

Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm


Davamlı sülh təkcə Azərbaycan və Ermənistanın sabitliyi və firavanlığı üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün lazımdır.

“Report”un Avropa bürosunun məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo deyib.

“Prezident Əliyevin (Azərbaycan Prezidenti İlham Əliyev - red.) və Baş nazir Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan - red.) cəsarətini və liderliyini hörmətlə qarşılayır və yüksək qiymətləndirirəm. Bu razılaşmanın əldə olunmasında ABŞ-nin konstruktiv rolunu da qeyd etmək lazımdır”, - o sosial şəbəkələrdə yazıb.

Belçika Avropa İttifaqı ilə birlikdə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına və razılaşdırılmış addımların sürətli və vicdanla həyata keçirilməsinə sadiq qaldığını bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

Oxşar xəbərlər

Kipr XİN: Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi saziş imzalayıblar
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
Sloveniya Bakı və İrəvana sülh əldə etmək səylərində dəstəyini ifadə edib
Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
NATO Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq səylərini alqışlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər