Siyarto: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Qafqaz və qlobal təhlükəsizlik üçün mühüm addımdır
sizinxeber.az xəbər saytı

Siyarto: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Qafqaz və qlobal təhlükəsizlik üçün mühüm addımdır


Azərbaycan və Ermənistan arasında sülh sazişi Qafqaz və qlobal təhlükəsizlik üçün mühüm addımdır.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Donald Tramp bir daha sübut etdi ki, o, sülh prezidentidir. Ümid edirik ki, Pakistan-Hindistan, İran-İsrail və Azərbaycan-Ermənistandan sonra Rusiya və Ukrayna arasındakı müharibə də dayandırılacaq”, - Macarıstan XİN başçısı əlavə edib.

Onun paylaşımını Macarıstanın Baş naziri Viktor Orban da öz səhifəsində “repost” edərək təkrar paylaşıb.

Oxşar xəbərlər

Peter Siyarto Macarıstanın Ukrayna ilə bağlı sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib
Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək
Peter Siyarto Ermənistana səfər edib
Serbiya Prezidenti Orban və Siyarto ilə enerji təhlükəsizliyini müzakirə edəcək
Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər