Vaşinqtonda qazanılan uğur Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsidir - RƏY
Vaşinqtonda imzalanmış sənədlər, təkcə diplomatiya sənədi deyil, bu, tarixi ədalətin bərpasıdır.
Bunu "Sizinxeber.az"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, bu uğurun arxasında Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, milli maraqlar uğrunda yorulmaz mübarizəsi dayanır:
"Azərbaycanın sülhpərvər mövqeyi, milli maraqları öndə tutmaqla bütün bölgənin stabilliyini nəzərə alan siyasəti beynəlxalq aləmin dəstəyini qazanıb, dövlət başçısının hədəflənmiş addımları öz uğurlu bəhrələrini bu dəfə də vermiş oldu. Vaşinqtonda Azərbaycana qarşı edilən haqsızlıqlar məntiqi sonluqlarına çatdı ki, bu da ədalətin təntənəsi, Azərbaycanın artan nüfuzunun göstəricisidir. 1992-ci ildə qəbul edilən 907-ci düzəliş ilə Qarabağ münaqişəsinin ən ağır dönəmində, torpaqlarımız işğal altındaykən, soydaşlarımızın çadırlarda yaşamağa məcbur qaldığı bir zamanda, ABŞ Konqresi Azərbaycana birbaşa dövlət yardımını qadağan etmişdi. Halbuki həmin dövrdə Ermənistan işğalçı siyasətini davam etdirir, beynəlxalq hüququ pozurdu".
Ü.Zülfüqar bildirib, Vaşinqtonda paraflanan sənəddə yer alan müddəalar Azərbaycanın milli maraqlarının diplomatik yolla tam təmin olunmasının bariz nümunəsidir:
"Bu Azərbaycan Prezidentinin, onun müdrik diplomatiyasının uğurudur. Ən mühüm məsələlərdən biri də ABŞ-nin 907-ci düzəlişi ləğv etməsidir, bu, sadəcə hüquqi dəyişiklik deyil, gecikmiş bir ədalətin bərpasıdır. Bu addım həm də Donald Tramp administrasiyasının Azərbaycanla münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətinin göstəricisidir. Bu haqsızlıqları aradan qaldırıb uğur və qalibiyyətlə sonlandıran Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu diplomatiyası, qətiyyətli mövqeyidir".
Siyasi şərhçi vurğulayıb ki, ümumilikdə Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini bir daha sərgiləmiş oldu.
Oxşar xəbərlər
Baş prokuror: Azərbaycanın suverenliyinin təmini Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür
YAP İdarə Heyətinin qərarı xalqın iradəsinin ifadəsidir
Şvabenin qərəzli mövqeyi Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir - RƏY
Əli Əhmədov: Azərbaycanın güclənməsi ölkəyə qarşı məkrli niyyətlərin qarşısını alan ciddi sipərə çevrilib
Tahir Budaqov: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi milli maraqlara əsaslanan qətiyyətli siyasətin nəticəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?













