Natali Qule: Fransa kor-koranə erməni lobbisinin ardınca düşməsəydi, sülh prosesində mühüm rol oynaya bilərdi
Fransız siyasətçilərin əksəriyyəti kor-koranə erməni lobbisinin ardınca düşməsəydi, Paris sülh prosesində mühüm rol oynaya bilərdi.
“Report” xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Fransa Senatının üzvü Natali Qule bildirib.
O, Fransanın balanssız siyasət yürütdüyünü vurğulayıb.
“Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Prezident Donald Trampın himayəsi ilə yazdığı tarixi səhifədən çox məmnunam. Siyasətçilərinin 99,99 faizi kor-koranə erməni lobbisinin ardınca düşməsəydi, Fransa da sülh prosesində mühüm rol oynaya bilərdi. İndi isə Fransa bu prosesdə iştirak etmir. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla yaxşı münasibətləri bərpa edəcək. Həmişə haqlı olan tərəfin yanında olduğuma görə fəxr edirəm”, - o deyib.
Oxşar xəbərlər
Asim Mollazadə: Ermənistan sülh istəyir, amma ABŞ, Fransa və Belçikadakı erməni diasporu buna imkan vermir
Barro: Fransa Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını vacib hesab edir
Paşinyan Fransa XİN başçısı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
İlham Əliyev: "Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökür"
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













