Vaşinqtondakı Zirvə görüşü ilə regionda yeni səhifə açılır - RƏY
sizinxeber.az xəbər saytı

Vaşinqtondakı Zirvə görüşü ilə regionda yeni səhifə açılır - RƏY


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Zirvə görüşü ilə Cənubi Qafqaz regionunda yeni səhifə açılır.

Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalan bəyannamə və ABŞ Prezidenti Donald Trampın bəyanatları tamamilə Azərbaycanın sülh və inkişaf gündəliyinə uyğundur:

"Ermənistanın Azərbaycanın bütün şərtlərini qəbul etməsi, ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının qəbul edilməsi, Zəngəzur dəhlisinin açılması, dünyanın supergücü olan ABŞ-nin regionda Prezident İlham Əliyevin yaratdığı reallığı qəbul etməsi tarixi anlar oldu".

Deputat bu hadisəni həm də Azərbaycanın bütün düşmənlərinin məğlubiyyəti adlandırıb:

"Azərbaycan-ABŞ arasında strateji tərəfdaşlığın yaradılması, enerji, ticarət və süni intellekt ilə bağlı əlaqələrin dərinləşməsi, 907-ci düzəlişin ləğv edilməsi, müdafiə sahəsində əməkdaşlığa başlanılması ilə bağlı razılaşmalar Azərbaycanı istəməyən qüvvələrin ən pis yuxusu idi və bu da reallaşdı. Beləliklə, regionumuz üçün yeni bir səhifə açılır. Bu səhifəni açan və onu yazan Prezident İlham Əliyevdir. Bu səhifədə inkişaf, sülh, firavanlıq istəyən hər kəsin inkişaf tarixi yazılacaq".

Oxşar xəbərlər

İlham Əliyevlə Nikol Paşinyanın Vaşinqtonda Birgə Bəyannamə imzalayacağı gözlənilir
Vaşinqtondakı görüş tarixi fürsət və qələbəmizdir - RƏY
Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər