ABŞ səfirliyi Ağ Evdə əldə olunan sülh razılaşmasını alqışlayıb
sizinxeber.az xəbər saytı

ABŞ səfirliyi Ağ Evdə əldə olunan sülh razılaşmasını alqışlayıb


ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ səfirliyi bəyanat yayıb.

Birləşmiş Ştatlar bu gün Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır. Prezident Tramp tərəfləri bir araya gətirərək, onilliklərdir davam edən münaqişəyə son qoyan razılaşmaya vasitəçilik edib. Bu, hər iki ölkə üçün irəliyə doğru mühüm addım və Cənubi Qafqazın iqtisadi potensialını reallaşdırmaq üçün böyük fürsətdir. Bu imkan ABŞ xalqına, eləcə də həm Ermənistana, həm də Azərbaycana yeni ticarət əlaqələri və rifah gətirəcək. Biz hər iki ölkəni sülhün yeni dövrünə qədəm qoymaları münasibətilə təbrik edirik”- bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Rubio: ABŞ Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişini alqışlayır
Şahbaz Şərif: Prezident İlham Əliyevi müdriklik, uzaqgörənlik və ağıllılıq nümayiş etdirən tarixi saziş münasibətilə təbrik edirik
The Washington Post: Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək
Tramp: Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər