Şahbaz Şərif: Prezident İlham Əliyevi müdriklik, uzaqgörənlik və ağıllılıq nümayiş etdirən tarixi saziş münasibətilə təbrik edirik
sizinxeber.az xəbər saytı

Şahbaz Şərif: Prezident İlham Əliyevi müdriklik, uzaqgörənlik və ağıllılıq nümayiş etdirən tarixi saziş münasibətilə təbrik edirik


Pakistan ABŞ Prezidenti Donald Trampın himayəsi altında Ağ Evdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış tarixi sülh sazişini alqışlayır.

APA xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif “X” hesabında paylaşımında bildirib.

O qeyd edib ki, bu mühüm hadisə, onilliklər boyu münaqişə və insan iztirabları yaşamış Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq dövrünün başlanğıcını göstərir.

“Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını, regionları üçün dinc gələcəyin yol xəritəsini müəyyənləşdirməkdə müdriklik, uzaqgörənlik və ağıllılıq nümayiş etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və onların tarixlərindəki bu qürurlu anda da yanındadır.

Həmçinin, iki tərəfi bir araya gətirməkdə və ticarət, əlaqəlilik və regional inteqrasiyanın yeni yollarını açan bir sazişi təmin etməkdə ABŞ-ın, Prezident Donald Trampın rəhbərliyi altında göstərdiyi vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzunmüddətli münaqişələr yaşayan digər bölgələr üçün də nümunə olacaq”, - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik
Pakistan Baş naziri Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub
Prezident İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub
Pakistan Baş naziri: Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyini heç vaxt unutmayacağıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər