Daha bir beynəlxalq təşkilat Azərbaycanla Ermənistan arasında Birgə Bəyannaməni alqışlayıb
sizinxeber.az xəbər saytı

Daha bir beynəlxalq təşkilat Azərbaycanla Ermənistan arasında Birgə Bəyannaməni alqışlayıb


Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə ABŞ-də keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını alqışlayır.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev “X”dəki səhifəsində yazıb.

“Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını və Birləşmiş Ştatların Prezidentinin şahid qismində imzalanmasını alqışlayıram.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanması ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəkləyirəm.

Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm mərhələdir”, - TDT-nin Baş katibi qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan və Ermənistan ATƏT-ə Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair müraciət edib
Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb
Azərbaycanın və Ermənistanın XİN başçıları ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
İlham Əliyevlə Nikol Paşinyanın Vaşinqtonda Birgə Bəyannamə imzalayacağı gözlənilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər