Aİ: Ermənistan-Azərbaycan normallaşma prosesini tam dəstəkləyirik
sizinxeber.az xəbər saytı

Aİ: Ermənistan-Azərbaycan normallaşma prosesini tam dəstəkləyirik


Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına münasibət bildirib.

Sizinxeber.az xəbər verir ki, Avropa İttifaqı Şurasının mətbuat xidməti Kallasın bəyanatını yayıb.

“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında prezident Trampın iştirakı ilə əldə olunan razılaşmalar onilliklər boyu davam edən münaqişəni sonlandıram mühüm bir hadisədir. Biz hər iki tərəfi və ABŞ administrasiyasını fürsətdən istifadə edib irəliləyiş əldə etdiklərinə görə alqışlayırıq. İndi razılaşmalarda qeyd olunan məsələlərin vaxtında icra olunmasını təmin etmək vacib məsələdir. Bunlar sülh müqaviləsinin imzalanması və ratifikasiyasıdır. Biz tərəfdaşlarımızla hərtərəfli normallaşmanın əldə olunması üçün işləməyə hazırıq. Biz bu məsələdə əlavə dəstək göstərməyə hazırıq”- bəyanatda qeyd olunur.

Oxşar xəbərlər

Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişini müzakirə ediblər
Kaja Kallas: Aİ Suriyaya qarşı sanksiyaları yumşalda bilər
Kaya Kallasın Azərbaycana səfər proqramı məlum olub - YENİLƏNİB
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
Mirzoyan Baydenin köməkçisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər