Birgə bəyannamə: Gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
avq
2025
01:30

Birgə bəyannamə: Gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik

09 avq, 2025
01:30
392

Birgə bəyannamə: Gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik

Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin birgə bəyannaməsində deyilir.

“Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”, - bəyannamədə deyilir.

Bizimlə əlaqə saxlayın