Azərbaycan Qırğızıstanla qarşılıqlı investisiyaları artırmağı müzakirə edib
Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.
“Report” Qırğızıstanın Nazirlər Kabinetinə istinadən xəbər verir ki, müzakirələr bu ölkənin Baş naziri Edil Baysalovla Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovun görüşündə baş tutub.
Hökumət rəsmiləri həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini, ticari-iqtisadi əlaqələrin inkişafını və nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, tərəflər Qırğızıstan və Azərbaycan prezidentləri arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu və iqtisadi əməkdaşlığın daha da inkişafı üçün şərait yaratdığını qeyd ediblər.
Görüşün sonunda Baysalov və Şərifov ikitərəfli, beynəlxalq və regional formatlarda qarşılıqlı fəaliyyəti və konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Moskva və Bakı ikitərəfli ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Azərbaycan-Qırğızıstan hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək
Azərbaycan və Türkmənistan XİN başçıları Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər
Samir Şərifov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













