Rəsmi Bakı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
avq
2025
16:50

Rəsmi Bakı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib

08 avq, 2025
16:50
444

Rəsmi Bakı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib

Azərbaycan Gürcüstanda münaqişənin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh yolu ilə həllini tam dəstəkləyir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir.

Qeyd edək ki, bu gün Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibənin 17-ci ili tamam olur.

Bizimlə əlaqə saxlayın